Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Pilot Rövnəq Abdullayevə dedi ki, canımdan bezməmişəm, 2 uşaq atasıyam"

"Pilot Rövnəq Abdullayevə dedi ki, canımdan bezməmişəm, 2 uşaq atasıyam"

Date: 6 December 2015 15:12

Bu gün Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban mətbuat konfransında sual səsləndirib:

"Bundan öncə hadisə "Bulla"dakı qaz yatağında, indi isə neft quyularında baş verib. "Xahiş edərdim, "Günəşli" yatağının nə vaxt tikilməsi və digər məsələlər barədə məlumat verərdiz".

Xoşbəxt Yusifzadə deyib ki, hadisə baş verən yerdə 28 quyu var:

"Onlardan 26-sı neft quyusudur, onun da ikisi işlək vəziyyətdə deyil. Hadisə baş verəndən dərhal sonra da ora gələn borular bağlandı. Amma necə oldusa, yanğın başqa bir quyuya da keçdi. Onunla da heç nə olmaz. Həmin quyu çox güman ki, günün sonuna kimi söndürüləcək.

Platforma 1984-cü ildə tikilib, istismar müddəti 50 ildir. Neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrdir. Bizim maddi itkimiz budur. Nə qədər ki, bu quyunu söndürməmişik itkimiz davam edəcək".

Yusifzadə qeyd edib ki, itkin düşənlərin hamısı neftçi deyil, orada tikinti işçiləri də var:

"Hazırda yanan qaz yox, neft quyusudur. Hazırda 29 nəfəf itkin düşmüş sayılır. Partlayışdan öncə itkin düşən şəxslərin də axtarışı davam etdirilir. Bundan sonra papağımızı qabağımıza qoyub fikirləşəcəyik ki, təbii hadisə də olsa, bundan sonra baş verə bilməməsi üçün nələr edə bilərik.

Biz qonşu ölkələrdən kömək istəməyəcəyik, özümüz hər şeyi həll edə biləcəyik. Bizə heç kimin köməyi lazım deyil.

Vitse-prezident itkin düşənlərin sağ qalması ehtimalını mümkün görmür:

"Amma Allah istəsə, sağ qala bilərlər. Mən təxribat ehtimalına inanmıram, amma bu variantı da yaradılan komissiyaya daxil olan Milli Təhlükəsizlik Nazirliyi araşdırır".

SOCAR-ın vitse-prezident Xaliq Məmmədov də platformada 4 qayığın olduğunu, onlardan ikisindən istifadə edildiyini bildirib:

"İşçilər qaydaya uyğun olaraq davranıblar, suya düşə bilməyiblər ki, dalğa böyük idi, yuxarıda qala bilmirdilər, çünki yanğın idi. O biri qayığı isə Allah elə edib ki, külək həmin qayığı platformanın ayaqlarının arasına sıxışdırıb. Elə bil ki, əllə ora qoymuşdun.

Rövnəq Abdullayev helikopterin pilotuna dedi ki, en aşağı. Pilot da bildirdi ki, canımdan bezməmişəm, 2 uşaq atasıyam. Yanğın buna imkan vermir, riskdi.

Qırılıb suya düşən qayıqdan Qazaxıstan, Rusiya və İran sərhəd qoşunlarından xahiş olundu ki, əgər cəsədlər onların sahillərinə çıxsa, bizə məlumat versinlər. Yeddi helikopter axtarışa cəlb olunub. Dövlət qurumlarının rəhbərləri, o cümlədən Rövnəq Abdullayev hazırda dənizdədir. Həsənov Zaurun nəşi çıxarılıb.

Digər qayığın sağ çıxması və təbii hadisənin özü də bir möcüzə idi".

Milli.Az


Tags:  Pilot Rövnəq Abdullayevə dedi canımdan bezməmişəm uşaq atasıyam


RƏYLƏR


Top news