Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir

Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
15:16 6 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan telekanalları dövlət qanununu pozurlar.

ANS PRESS-in məlumatına görə, “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu”nun 20.8 bəndində deyilir:

"20.8. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır".

Lakin buna baxmayaraq, bir sıra Azərbaycan telekanalları qanuna riayət etməyərək efirdə reklam çarxları nümayiş etdirməkdə davam edirlər.

ANS MYMŞ Proqram Direktoru Sevda Həsənovanın sözlərinə görə, ANS-də əyləncəli proqramlarla yanaşı, efir şəbəkəsində bütün reklam xarakterli məlumatlar da çıxarılıb.

"Saat 13:00-da, Prezidentin rəsmi saytında İlham Əliyevin Azərbaycan Respublikası ərazisində dekabrın 6-sı matem elan olunması haqda sərəncamın dərc edilməsindən dərhal sonra müvafiq qanunvericiliyə uyğun olaraq ANS TV-nin efirindən bütün reklam çarxları çıxarılıb."



Daha əvvəl ANS Televiziyası, Xəzər dənizinin Günəşli yatağındakı 10-cu özüldə baş vermiş faciə ilə əlaqədar 5 və 6 dekabr tarixləri üzrə proqram şəbəkəsində müvafiq dəyişikliklər etdiyini bəyan edib.


S. Həsənovanın sözlərinə görə, ilk növbədə musiqili-əyləncəli layihələr efir şəbəkəsindən çıxarılıb, proqram şəbəkəsinə sənədli filmlər daxil edilib. "Dekabrın 6-da isə Azərbaycan kino sənətinin incilərindən olan, rejissor Arif Babayevin Xəzər neftçilərinin faciəvi, lakin şərəfli ömür yolundan bəhs edən “İnsan məskən salır” bədii filmini nümayiş etdirməyi qərara aldıq” – söyləyən Sevda Həsənova ANS Televiziyasının həmişə xalqın yanında olduğunu vurğuladı.

Faciə ilə bağlı həmçinin ANS ÇM-in efirində də dəyişiklik baş verib. ANS ÇM-in baş prodüsserinin məlumatına görə, radionun efirindən şən mahnılar yığışdırılıb. Gün ərzində efirdə matəm olacaq, Xəzər dənizindəki hadisə ilə bağlı son məlumatlar veriləcək.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR