Dəhşət: Azərbaycanda bir ailə yer üzündən silindi

Dəhşət: Azərbaycanda bir ailə yer üzündən silindi
15:36 6 Dekabr 2015
669 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda dəhşətli qəza bir ailənin yer üzündən silinməsinə səbəb olub.

Biləsuvar Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ələt- Astara magistral yolunun 110-cu kilometrliyində- Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. Astara şəhər Səməd Vurğun küçəsində yaşayan Əlvan Cəfər oğlu Şəfiyevin idarə etdiyi "MAN" markalı qoşulu yük avtomobili ilə Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 1986-cı il təvəllüdlü Mənsur Firudin oğlu Bayramovun idarə etdiyi "Vaz-21015" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Vaz-21015" markali avtomobildə olan Tərlan Bayramov, onun həyat yoldaşı 1986-cə il təvəllüdlü Günay Bayramova, övladları 2010-cu il təvəllüdlü Nərmin Bayramova və ailənin ən kiçiyi- 2011-ci il təvəllüdlü Səkinə Bayramova hadisə yerində dünyasını dəyişib.

Ağır bədən xəsarətləri alan sürücü ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri bilinmir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR