Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə başsağlığı verib
15:38 6 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2465914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR