Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cüdo üzrə “Böyük dəbilqə” yarışında Azərbaycan milli komandası 1 medal qazanıb

Cüdo üzrə “Böyük dəbilqə” yarışında Azərbaycan milli komandası 1 medal qazanıb

Date: 6 December 2015 15:42

Bakı. 6 dekabr. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışında Azərbaycan milli komandası 1 medal qazanıb. "Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bürünc medala sahib olub.
Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda o, almaniyalı Dino Pfeyffer və kubalı Joz Armenter üzərində qələbə qazansa da, yarımfinalda yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gəlib və “Böyük dəbilqə”nin bürünc medalını qazanıb.
Azərbaycanın digər təmsilçi Elxan Məmmədov isə erkən məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.
Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.

Tags:  Cüdo üzrə Böyük dəbilqə yarışında Azərbaycan milli komandası medal qazanıb


RƏYLƏR


Top news