Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xəzər Lənkəran"la "Qəbələ"dən fərqli addım

"Xəzər Lənkəran"la "Qəbələ"dən fərqli addım

Date: 6 December 2015 15:52

Xəbər verdiyimiz kimi dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələyib və yanğın baş verib. Nəticədə 2 dənizçi həlak olub, 29 nəfər itkin düşüb.


Bu səbəbdən bu gün ölkədə matəm elan edilib. Peşəkar Futbol Liqası da Premyer Liqa oyunlarının bir dəqiqəlik sükutla başlamasına və futbolçuların meydana qara sarğı ilə çıхasına qərar verib.


Fanat.az хəbər verir ki, "Xəzər Lənkəran"la "Qəbələ" fərqli addım atmaq qərarına gəlib. "Xəzər Lənkəran"ın mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib ki, hər iki komandanın futbolçuları bir dəqiqəlik sükut zamanı Günəşli yatağında həlak olanların xatirəsinə ehtiram olaraq meydana neftçi dəbilqələri ilə çıxacaq.


Fanat.az


Tags:  Xəzər Lənkəranla Qəbələdən fərqli addım

RƏYLƏR


Top news