"Günəşli" yatağında yanğından xilas olmuş xanım: Güclü külək və hündür dalğalar xilasedicilərə bizim qayığa yaxınlaşmağa imkan vermirdi (VIDEO)

"Günəşli" yatağında yanğından xilas olmuş xanım: Güclü külək və hündür dalğalar xilasedicilərə bizim qayığa yaxınlaşmağa imkan vermirdi (VIDEO)
15:53 6 Dekabr 2015
158 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

“Günəşli” yatağında baş vermiş yanğın zamanı xilas olanlardan biri xanımdır.

Trend hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Məlahət Əliyevanın hadisə ilə bağlı xatırladıqlarının təqdim edir: “İşimi bitirib dincəlmək üçün otağa getmişdim. Birdən güclü partlayış səsi gəldi. Dəqiqləşdirmək üçün çölə cıxdım. Platformada təhlükəsizlik güclü təşkil olunmuşdu. Dərhal xilasedici jileti geydim, birinci bloka getdim. Qapını açamağa çalışdım. Elə bu vaxt birinci bloku tüstü bürüdü. Daha sonra qapını yoldaşlarla köməkli açdıq. Hamımız platformadakı qayığa tərəf getdik. 26 nəfər qayığa mindik. Qayıqda 17-18 saatdan artıq qaldıq. Qayıqda olarkən heç kimlə əlaqə saxlaya bilmirdik, telefon şəbəkəsi tutmurdu. Səhər saatlarında Fövqəladə Halların əməkdaşları bizi xilas etdi. Amma dənizdə güclü külək olduğu üçün, həm də dalğalar hündür olduğundan xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər. Vəziyyət hökumətin nəzarətində idi. Bununhj üçün, bizi xilas etdikləri üçün hamıya minnətdaram”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR