Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Belarus Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib

Belarus Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib

Date: 6 December 2015 17:08

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

“Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Belarus Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib


RƏYLƏR


Top news