Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağında baş vermiş yanğınla bağlı son vəziyyət açıqlandı

“Günəşli” yatağında baş vermiş yanğınla bağlı son vəziyyət açıqlandı

Date: 6 December 2015 17:18

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda bütün cəhdlərə baxmayaraq “Günəşli” yatağında baş vermiş yanğın səbəbindən itkin düşmüş neftçilərlə bağlı yeni məlumat əldə edilməyib. Trend-in məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov deyib.

O, qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin gəmiləri və helikopterləri itkin düşmüş şəxslərin axtarışlarını davam etdirirlər.

B.Əlirəhimov bildirib ki, yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub: "Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri də hadsə yerinə cəlb olunub".

B.Əlirəhimov bu gün yanğının söndürülməsi ehtimalının böyük olduğunu bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 29 nəfərin itkin düşdüyü bildirilir. Bundan əvvəl qeyd olunmuşdu ki, yanğının söndürülməsinə FHN, Dövlət Sərhəd Xidmətinin gəmiləri cəlb olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Günəşli yatağında baş vermiş yanğınla bağlı son vəziyyət açıqlandı

RƏYLƏR


Top news