Qənirə Ataşova: "Əgər biz bu il ölmədiksə..." (FOTO)

Qənirə Ataşova: "Əgər biz bu il ölmədiksə..." (FOTO)
09:41 30 Dekabr 2014
209 Digər
Ölkə mətbuatı
A- A+

- Azərbaycanın 1 nömrəli xəbər proqramının 1 nömrəli spikeri “Xəbərçi”yə necə yekun vuracaq?

- 31 dekabrda saat 21.00-da bizim yekun buraxılışımız olacaq. Burada xəbərdən çox ilin xəbər hesabatını verəcəyik. Bir il ərzində televiziya tamaşaçılarımıza çatdırdığımız sevincli, kədərli və eyni zamanda dəhşətli xəbərlər təqdim etmişik. Biz 2014-cü iliin son günündə il ərzində baş verən bu hadisələrin ən yadda qalanlarının hesabatını verəcəyik, şərh edəcəyik.

- Demək olar ki, hər gün hadisələr baş verir. Bu xəbərlərin seçimi çətin olmayacaq?
- Əslində il boyu baş verənləri yarım saata içərisində təqdim etmək asan deyil. İndi görün o hadisələr necə seçilir? Biz oturub axtarırıq ki, ən yaddaqalanların ən maraqlılarını, xəbər dünyasına öz damğasını vurmuş hadisələri seçirik.

- Hər halda artıq seçim etmisiz İlin son buraxılışa hansı xəbərlərlə çıxacaqsız?
- Yola saldığımız ildə Azərbaycanın daxili və xarici siyasətində, eləcə də dünyada çox hadisələr baş verib. Əsas yeri ölkənin 1 nömrəli problemi Qarabağdan danışacağıq. Qarabağ problemi 2014-də. Bu ildən nə gözləyirdik və nələri əldə etdik? İyul-avqust aylarında cəbhə bölgəsində yaşananları bir daha yada salacağıq. Azərbaycanda və dünyada baş verən ən səs-küylü ictimai-siyasi, idmad və mədəniyyət hadisələrə yekun vuracağıq. Xarici xəbərlərdə əsas yeri Ukrayna hadisələri, Türkiyədə yaşananlar, Suriyada tökülən qanlar. İŞİD terror qruplaşmasının yaranması və sürətlə irəliləməsinə yer verəcəyik. İŞİD-in adı Azərbaycan vətəndaşlarını öz cərgələrinə cəlb etməsi ilə ölkə xəbərlərdə də hallanacaq.

- Xəbərçi olaraq bu il hansı hadisə sizi silkələdi?
- Ailə münaqişəsi zəminində bu il çoxlu qətl hadisələri oldu. Əvvəlki illərdə də qətllər olmuşdu ayrı-ayrılıqda, amma builiki qədər deyil. 2014-cü ildə ailə münaqişəsi zəminində elə qətllər baş verdi ki, o biri illərlə müqayisədə rekord həddə çatdı. Mədəniyyət sahəsində bu il itkilərimiz nisbətən az oldu. Bu il də yazıçı Muğannanı - İsa Hüseynzadəni, Cavad Heyəti itirdik.

- Qənirə xanım, Azərbaycanın 1 nömrəli xəbər proqramının aparıcısı sözü ilə razısız?
- Biz özümüz bunu deyə bilmərik. Bu gün bütün telekanallar özlərini ən reytinqli, ən yaxşı, ən baxımlı hesab edirlər.

- Başqa sahədə ola bilərlər, mən xəbər proqramlarını nəzərdə tuturam.
- Amma həqiqətən də biz xəbərə canımızı qoyuruq. Məhz buna görə nəticəmiz olur. Biz bütün günümüzü xəbər axtarışı ilə keçiririk. Ola bilməz ki, bizim toplayıb təqdim etdiyimiz xəbərlər təkcə ölkədə və dünyada baş verən xəbərlər üzərində işləyək. Biz həmçinin insanları düşündürən sosial – iqtisadi məsələləri də öz xəbərçimizdə ən yüksək səviyyəyə qaldırıb parlament müzakirəsinə qədər aparıb çıxarmışıq. Məsələn, Mais müəllimin özünün təklif etdiyi kənd təsərrüfatı texnikalarının, kombaynların alınmasını deyə bilərəm. Biz bu məsələni “Xəbərçi”də gündəmə gətirdik və parlamentdə müzakirə edildikdən sonra prezident bu məsələ ilə bağlı fərman imzaladı. Dairəvi yola ikinci körpünün salınması da bizim işimizin nəticəsidir. Biz demək olar ki, 2 aydan bir hər gün , daha doğrusu hər həftə müntəzəm olaraq reportajlar eləmişik. Bizim bu reportajların və hökumətin də apardığı işin nəticəsi olaraq bu körpü salındı. Nəqliyyatın İntelektual İdarəetməsi fəaliyyətə başladıqdan sonra da yollarda tıxac problemi aradan qalxmadığı üçün biz bu problemin həlli yolunu axtarmağa çalışırdıq. Sözsüz ki, digər ölkələrin təcrübəsini xarici mətbuatdan oxuyurduq və araşdırırdıq ki, problemin necə aradan qaldırılmasına nail ola bilərik. Dairəvi yola ikinci körpünün açılmasını eşidəndə inanın ki, xəbər komandamız necə sevinirdi. Çünki bu problemi mütəmadi gündəmə gətirən biz idik.

- Bu “Xəbərçi”nin gücünü, daha doğrusu təsir gücünü göstərir. Bu ili sizin üçün uğurlu oldu.
- Bəli, bəli. Buna görə də 2014-cü ili “Xəbərçi” üçün uğurlu hesab edə bilərik. Yaxşı xəbər komandası olaraq ölkəyə xəbərləri həm yaxşı təqdim etdik, həm də o xəbərlərin nəticəsini gördük.

- 2014-cü il Qənirə Ataşovanın özü üçün necə keçdi?
- Əgər biz bu il ölmədiksə, əzizlərimiz yanımızdadırlarsa, canları sağdırsa, salamatdırlarsa deməli il bizim üçün uğurlu olub.

- Bəs 2015-dən gözlədikləriniz?
- Elə eyni şeyi istəyirəm. İnşallah sağlam olaq, ətrafımızdakı insanlar, fərqi yoxdur doğma və ya iş yoldaşlarımız, sağlam və xoşbəxt olsunlar. Üzlərində hər zaman təbəsüm görək və bunun da bizə müsbət təsiri olacaq. Bir sözlə, hər kəsi xoşbəxt görmək istəyirəm!






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=316935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR