Cahangir Hacıyevə qarşı 120 milyonluq İTTİHAM

Cahangir Hacıyevə qarşı 120 milyonluq İTTİHAM
17:24 6 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində bəzi yeni məlumatlar bəlli olub.

Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda onun Beynəlxalq Bankdan 120 milyon manat pulu mənimsədiyi bildirilir. Bu məbləğ ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil.

Bundan başqa, sabiq bankir saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşların adına külli-miqdarda kredit rəsmiləşdirərək özü götürüb.

C.Hacıyev hazırda Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Qeyd edək ki, bunlar da ilkin ittihamlardır. İstintaqın gedişindən asılı olaraq ona əlavə maddələrlə də cinayət işinin açılacağı gözlənilir.

Xatırladaq ki, C. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri "Bandotdel"in vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR