"Azneft": "Bu gecə yanğının aradan qaldırılmasına çalışılacaq"

"Azneft": "Bu gecə yanğının aradan qaldırılmasına çalışılacaq"
17:27 6 Dekabr 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərin axtarışı istiqamətində aparılan bütün cəhdlərə baxmayaraq nəticə əldə olunmayıb.
"Report" xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov bildrib.
Onun sözlərinə görə, FHN və Xəzər Dəniz Gəmiçilik Idarəsinin vertolyotları axtarışları davam etdirirlər. "Yanğının söndürülmısi ilə əlaqədar əlavə qüvvələr cəlb olunub. "Şıxlınski" gəmisi gətirilib, onun üzərinə əlavə texnikalar qoyulub. Fontana qarşı mübarizə qüvvələri və idarənin mütəxəssisləri özlülün üzərinə çıxa biliblər.
O, qeyd edib ki, mütəxəssislər vəziyyəti analiz ediblər. "Texnika ilə təmin olunması üçün iş planı hazırlanıb. Digər yaxın özüllərdən həmin özülə yüksək təzyiqli su verilməsi hazırda davam edir.
B.Əlirəhimov bildirib ki ki, bu gecə yanğının aradan qaldırılması qarşıya qoyulub. Bu iş sabahadək sona çatdırılacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azneft-bu-gece-yanginin-aradan-qaldirilmasina-calisilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR