Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lukaşenko və Nazarbayevdən İlham Əliyevə başsağlığı

Lukaşenko və Nazarbayevdən İlham Əliyevə başsağlığı

Date: 6 December 2015 17:29

Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

" “Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm".

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:

" “Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm".


Tags:  Lukaşenko Nazarbayevdən İlham Əliyevə başsağlığı

RƏYLƏR


Top news