Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həmkarlarından İlham Əliyevə başsağlığı

Həmkarlarından İlham Əliyevə başsağlığı

Date: 6 December 2015 17:46

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Axşam.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli İlham Heydər oğlu, “Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı. Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm".

Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gürcüstan Prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib. Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Rusiya Prezidenti Vladimir Putin də Prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:

"“Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm".

Tags:  Həmkarlarından İlham Əliyevə başsağlığı

RƏYLƏR


Top news