"Günəşli" yatağında yanğının söndürülməsi əməliyyatı (VİDEO)

17:58 6 Dekabr 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hazırda "Günəşli" yatağındakı yanğının söndürülməsi və itkin düşmüş neftçılərin axtarılması istiqamətində işlər davam etdirilir.

Trend Fövqəladə Hallar Nazirliyi tərəfindən "Günəşli" yatağında yanğının söndürülməsi və itkin düşmüş neftçilərin axtarılması əməliyyatını əks etdirən video görüntünü təqdim edir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR