Yanğının söndürülməsi üçün platformaya əlavə texnika və qüvvələr cəlb olunub

Yanğının söndürülməsi üçün platformaya əlavə texnika və qüvvələr cəlb olunub
17:58 6 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfərin tapılması istiqamətində edilən bütün cəhdlərə baxmayaraq, əlavə yeni məlumat əldə olunmayıb. İndiyədək 33 nəfər təxliyə olunub, bir nəfərin cəsədi sudan çıxarılıb təhvil verilib. Hazırda 29 nəfərin tapılması ilə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsi ilə bağlı dekabrın 6-da saat 17-də keçirilən mətbuat konfransında “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib.
Baş mühəndis bildirib ki, yanğının söndürülməsi üçün platformaya əlavə qüvvələr cəlb olunub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Şıxlinski” gəmisi də əraziyə gətirilib. Onun üzərində əlavə texnikalar yerləşdirilib. Xüsusi plan hazırlanıb. Hazırda yaxındakı digər özüllərdən hadisə yerinə yüksəktəzyiqli suyun verilməsi davam etdirilir. Yanğının qısa müddətdə tam söndürülməsinə çalışırıq.
Əldə olunacaq məlumatlar üç saatdan sonra təqdim ediləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanginin_sondurulmesi_uchun_platformaya_elave_texnika_ve_quvveler_celb_olunub-908775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR