Qəzada xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirildi

Qəzada xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirildi
18:39 6 Dekabr 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 

APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.

 

. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.

 

 

Xatırladaq ki,  hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR