Daha bir Neftçilər Xəstəxanasına yerləşdirildi

Daha bir Neftçilər Xəstəxanasına yerləşdirildi
18:47 6 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.

Xatırladaq ki,  hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR