Xilas olmuş daha bir şahid: Külək qayığı zərblə platformaya vuranda başımdan zədə aldım (VİDEO)

Xilas olmuş daha bir şahid: Külək qayığı zərblə platformaya vuranda başımdan zədə aldım (VİDEO)
19:03 6 Dekabr 2015
138 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

“Günəşli” yatağında baş vermiş yanğın zamanı xəsarət almış Rəşid Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasında kəllə beyin silkələnməsi diaqnozu ilə müalicə alır.

Neftçi Trend-in müxbirinə qəza zamanı baş verənləri danışıb: “Təxliyyə olunmağımız üçün hava şəraiti əl vermirdi. Küləyin sürəti saniyədə 40-45 m olardı. Dalğaların hündürlüyü isə 8-10 metrrə çatırdı. Məsləhət görüldü ki, qayıqları çox aşağı endirməyək. Çünki güclü küləyin təsirindən qayıqlar platformaya dəyib zədələnə bilərdi. Külək qayığı zərblə platformaya vuranda başımdan zədə aldım”.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR