"Qırxbulaq"da iki nəfər yaralandı

"Qırxbulaq"da iki nəfər yaralandı
19:05 6 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Ötən axşam Şəkidə yol qəzası baş verib. Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunda Şəkinin "Qırxbulaq" adlanan ərazisində qeydə alınan hadisədə iki nəfər xəsarət alıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin Aşağı Daşağıl kənd sakini, 1940-cı il təvəllüdlü Həmzə Saleh oğlu Salmanovun idarə etdiyi "VAZ 21074" markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılıb. Qəzada xəsarət alan sürücü və avtomobildə olan sərnişin, rayonun Aşağı Daşağıl kənd sakini, 1987-ci il təvəllüdlü Taleh Nakif oğlu Məsimov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, qapalı kəllə-beyin travması alan Talehin vəziyyəti ağır olduğundan müalicəsinin davamı üçün paytaxt xəstəxanalarından birinə göndərilib. Həmzə Salmanovun isə xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq üçün evə buraxılıb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR