Vitse-prezident: "Günəşli”dəki digər quyularında işlər davam edir”

Vitse-prezident: "Günəşli”dəki digər quyularında işlər davam edir”
19:09 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Yanğının söndürülməsi istiqamətində işlər davam edir"

"Günəşli” yatağındakı digər neft quyularında işlər davam edir, sadəcə 10-cu özüldə işlər dayandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".

 

 

Bunu APA-ya açıqlamasında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.

 

 

O bildirib ki, yanğın söndürülən kimi özüldə bərpa işlərinə başlanılacaq: "SOCAR-ın prezidenti Rövnəq Abdullayev indi hadisə yerindədir. Yanğın söndürüləndən sonra bərpa işlərinə başlanılacaq. Bərpa işləri yekunlaşandan sonra quyular istifadəyə veriləcək. Orada 26 neft quyusu, 4 qaz kondensantı var ".

 

 

O qeyd edib ki, dəymiş ziyan hasil olunmayan neft və qazdır: "Bu da ziyan deyil, çünki çıxarılmayan neft və qazdır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR