Rövnəq Abdullayev axıra qədər faciə yerində olacaq

Rövnəq Abdullayev axıra qədər faciə yerində olacaq
19:11 6 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir.

Hadisə yerində olan şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir. R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir.

Hazırda FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və BP şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir. // report


Xilas etmə əməliyyatından son görüntülər

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb və nəticədə boru kəməri zədələnib, şiddətli yanğın baş verib.

Özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib. İşçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb.

İkinci xilasetmə qayığındakı işçilərin də təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə meyiti sudan çıxarılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 6-nın ölkədə matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:

Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)

Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)

Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)

Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı

Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)

Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)

SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)

"Reuters": Xəzərdə 32 nəfər ölüb

Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi

Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama

Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)

Azərbaycanda matəm elan olundu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR