Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranlı rejissorlar hökumətə üz tutdular

İranlı rejissorlar hökumətə üz tutdular

Date: 6 December 2015 19:12

137 iranlı kinorejissorhəmkarları Kayvan Kariminin əfv edilməsi ilə bağlı hökumətə müraciət ediblər.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki,Karimi bu oktyabrda 6 il həbs və 223 şallaq cəzasına məhkum edilib.

Məktub müəllifləri hökmün ləğv edilməsi və işin Apellyasiya məhkəməsində araşdırılmasını istəyirlər.

Əslən kürd olan 30 yaşlı Karimi "Şəhərdə yazılar" filmində dini dəyərləri təhqir eləməkdə təqsirli bilinib.

Qərarı İnqilab Məhkəməsi çıxarıb.

Kayvan Karimi İran vətəndaşıdır.

Amma rejissorun vəkili Amir Raisian deyir ki, filmdə dini dəyərləri təhqir edən heç nə yoxdur və prokuror məhz hansı parçanın İslam üçün təhqiramiz olduğunu göstərməyib.

Kayvan Karimi dekabrın 23-də keçiriləcək apelyasiya məhkəməsinədək azadlıqda olacaq.
Milli.Az


Tags:  İranlı rejissorlar hökumətə üz tutdular


RƏYLƏR


Top news