Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Könül matəmə görə Moskvadakı konsertini təxirə saldı

Könül matəmə görə Moskvadakı konsertini təxirə saldı

Trampın Merkellə görüşü alınmadı (14 Mart 2017 14:43)
Türkiyəli müğənni Almaniya və Hollandiyadakı konsertlərini təxirə saldı (12 Mart 2017 23:42)
Türkiyəli müğənni Almaniya və Hollandiyadakı konsertlərini təxirə saldı (12 Mart 2017 23:04)

Tarix: 6 Dekabr 2015 19:21

Prezident İlham Əliyevin sərəncamı ilə “Günəşli” yatağında baş vermiş yanğın nəticəsində ölən və itkin düşənlərin xatirəsinə dekabrın 6-sının “Matəm günü” elan edilməsi səbəbindən müğənni Könül Kərimova Rusiyadakı konsertini təxirə salıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu barədə İnstaqram səhifəsində yazıb:

“Vətənimizdə baş vermiş bu faciə hamımızı çox sarsıtdı. Allah dünyasını dəyişən qardaşlarımıza rəhmət eləsin! Xəstələrə şəfa, ailələrinə səbr versin! Uca Rəbbim xalqımızı bəla, faciə və fəlakətlərdən qorusun. Hər kəsin bildiyi kimi, bu gün Moskvada konsertimiz baş tutacaqdı. Ancaq Vətənimizdə baş vermiş dəhşətli hadisəyə görə təxirə saldıq. Kədər hər birimizin acısıdır. Vətənimizdə matəm elan olunub. Vətənimi, xalqımı sevən biri olaraq düzgün qərar verdiyimi düşünürəm. Başın sağ olsun, Vətən!”.

Teqlər:  Könül matəmə Moskvadakı konsertini təxirə saldı



RƏYLƏR


Top xəbərlər