Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəmkirdə ər arvadını bıçaqladı

Şəmkirdə ər arvadını bıçaqladı

Date: 6 December 2015 19:28

Bakı. Trend:

Şəmkir rayon Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəsəbə sakini 25 yaşlı Türkan Cəfərova çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Həkimlər dərhal yaralını əməliyyata götürüblər. Xəstənin alın, üz və döş qəfəsi nahiyyələrində bıçaq yaraları aşkar edilib. Cərahiyyə əməliyyatından sonra vəziyyəti orta-ağır qiymətləndirilir. Yaralının müalicəsi davam etdirilir.

Şəmkir Rayon Polis Şöbəsindən Kəpəz televiziyasına (Region TV) verilən verilən məlumata görə, Türkan Cəfərova əri – 29 yaşlı Ramin Cəfərov tərəfindən bıçaqlanıb və hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Şəmkirdə ər arvadını bıçaqladı

RƏYLƏR


Top news