Təmizkar insanlara XƏBƏRDARLIQ: xəstəliyə tutula bilərsiniz

Təmizkar insanlara XƏBƏRDARLIQ: xəstəliyə tutula bilərsiniz
19:42 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Televizor izləyərək yemək yeyənlər bu xəstəliyə tutulur (08 Mart 2017 12:51)

Bir çox insanlar təmizliyə xüsusi diqqət ayırır, bəziləri isə bunu həddən çox qabardır və vəsvəsəlik həddinə gətirib çıxarır. Lakin həddən artıq təmizlik astma və digər allergik xəstəliklərə səbəb olur. Elə isə təmizliyə necə riayət etmək lazımdır? Vəsvəsəlik dərəcəsində təmizkar olmaq nə qədər yaxşıdır? Bakteriyaların hansı dərəcədə həyatımıza daxil olmalarına imkan verməli və nələrə diqqət etməliyik?

Milli.Az lent.az-a istinadən bununla bağlı amerikalı mütəxəssislərin maraqlı fikirlərini təqdim edir.

Təmizlik zəmanəsində yaşayırıq. İstifadə etdiyimiz sabunlar antibakterial, təmizlik vasitələri isə mikrobların 99 faizini yox etmək qabiliyyətinə malikdir. Mikrobların zərərli olduğunu hər kəs bilir. Lakin bəzi elm adamları astma və digər allergik xəstəliklərə səbəb ola biləcəyi üçün həddən artıq təmizliyin düzgün olmadığını deyirlər. O zaman vəsvəsə həddinə çatan təmizliklə ətrafımızdakı bakteriyalarla yaşamağı öyrənmək arasında balanslı bir vəziyyət yaradıla bilərmi? 19-cu əsrin sonlarında alman həkimlərinin ixtiraları nəticəsində məlum oldu ki, bəlli bakteriyalar bəlli xəstəliklərə səbəb olur. O gündən bu yana təmizlik və sanitariya nəticəsində insan sağlamlığında böyük irəliləyişlər baş verdi.

Bir neçə mikrob xeyirlidir

Əslində bütün mikroblar zərərli deyil. Bəzi bakteriyaların narahatlıq yaradan, hətta ölümcül xəstəliklərə səbəb olduğu məlumdur. Amma bir çox bakteriya da yararlıdır: bağırsaqlarda vitamin istehsal edirlər, dəri səthində bir təbəqə yaradaraq zərərli mikroblara qarşı qoruyurlar və qidaları həzm etməyimizə kömək olurlar. Bədənimiz xaricindəki mühitdə isə təbii tullantıları parçalayırlar, dünyadakı oksigenin yarısını istehsal edir, havadakı azot səviyyəsini nizamlayır, bir sözlə, dünyanı yaşanalıcaq vəziyyətə gətirirlər. Bu gün tədqiqatçılar insanların "həddən artıq təmizlik" halının özlərinə zərər verəcək həddə gəldiyini deyirlər.

1989-cu ildə ingilis epidemioloqları uşaqlıqda bəzi xəstəliklərə tutulmağın böyüdükdən sonra allergiyanın inkişafına qarşı qoruyucu rolunu oynadığını sübut ediblər. Allergiyalar, insanın immunitet sisteminin zərərsiz bir maddəni böyük hücum olaraq qəbul edib, həddən çox reaksiya göstərməsi nəticəsində ortaya çıxır. Mütəxəssislər bildirir ki, immunitet sistemimiz mikroblarla yaşamağı unutduğu üçün bədənimiz bəzən yararlı mikroblara qarşı daha çox reaksiya göstəri

Mikroblarla tanış olmaq terapiyası

Buna görə də bədənimizdə olan mikrobların bizə nə cür xeyirli olduğunu bilmək lazımdır. Bədənimizin bir çox müxtəlif mikroblarla tanış olması vacib əhəmiyyət kəsb edir. Bəzi mütəxəssislər buna "mikroblarla tanış olmaq terapiyası" deyirlər.

Məsələn, yerə düşən körpə əmziyini misal çəkək. Bu halda körpəyə yeni sterilli əmzik verməkdənsə, əvvəlcə ananın həmin əmziyi öz ağzına qoyaraq təmizlədikdən sonra uşağa verməsi daha çox yararlı olar. Bu yolla körpənin bədənindəki mikrobların inkişafı sürətləndirilir və allergiya riski azalır.

Mütəxəssislər bədəndəki mikrobları immunitet, autizm, allergiya, otoimmunitet, ruh halı və mərkəzi sinir sisteminin inkişafı ilə əlaqələndirirlər. Mikroblarla tanış olmaq terapiyası doğulduğumuz andan etibarən başlayır. Təbii doğuş nəticəsində dünyaya gələn körpələrdə qeysəriyyə ilə dünyaya gələn uşaqlara nisbətən daha az allergiya müşahidə edilir. Buna ilk andan etbarən mikroblu mühitlə tanış olmağın təsir etdiyi deyilir.

Əllər necə yuyulmalıdır?

Həddən artıq təmizlik səbəbindən xoşniyyətli mikroblarla tanış olmaq şansımız getdikcə azalır. Lakin xəstəliyə səbəb olan bakteriyalardan qorunmaq istədiyimiz halda xoşniyyətli bakteriyalarla tanış olmaq necə mümkün olacaq? Mütəxəssislər əl yumaq kimi təməl prinsiplərə riayət etməyin lazım olduğunu deyirlər. İnsanlar arasındakı keçici xəstəliklərin ən əhəmiyyətli səbəbi kirli əllərdir. Əlləri təmizləmək isə nə qədər uzun vaxtla deyil, nə qədər yaxşı yuyulmaqla bağlıdır. Bunun üçün əl ən azı 15 saniyə müddətində sabunla yuyulmalı və sonra axar suyun altında yaxşıca durulanaraq qurulanmalıdır.

Lakin bədənin hər tərəfini bu formada yumaq lazım deyil. Mütəxəssislər həddən artıq təmizliyin zərərli orqanizmalara qarşı bədəni sağlam saxlayan mikroblu mühiti korladığını deyirlər. Misal üçün, hər gün uzun müddət duş altında qalmaq yararlı bakteriyaları təmizləyir. Bundansa bədənin intim və çox tərləyən yerlərinin yuyulması və alt paltarlarının hər gün dəyişdirilməsi məsləhət görülür.

Mənzilinizi zərərli bakteriyalardan qorumaq üçünsə həftədə bir dəfə başdan-ayağa təmizləmək əvəzinə, günlük həyat tərzinizin bir hissəsi kimi lazım olan təmizlik işlərini görmək kifayətdir. Misal üçün, mətbəxdə üzərində tərəvəz doğradığınız taxta parçasını yeməkdən sonra yuya bilərsiniz. Lakin həmin taxta parçası üzərində çiy balıq, toyuq kimi qidalar doğranıbsa, bunu elə həmin an yuyub təmizləyin.

Dəsmallarınızı heç kimlə paylaşmayın

Xəstəxanalarda aparılan araşdırmalar sübut edib ki, mikrob və viruslar yataq örtükləri və dəsmallarla asanlıqla yayılır. Mütəxəssislər bu əşyaların evdə həftədə bir dəfə dəyişdirilməsini, dəsmal kimi şəxsi təmizlik vasitəsinin isə heç kimlə paylaşılmamasını məsləhət görürlər. Dəsmallar 60 dərəcədə yuyulmalıdır.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37

“Danışan” kağız yaratdılar

22 May 2017 23:36

Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu -

22 May 2017 23:35

"Onlar sürətli olmalı və tez qərar vermək bacarığına malik olmalıdır"

22 May 2017 23:32

Gündəlik həyatda ən çox dediyimiz 24 YALAN - VİDEO

22 May 2017 23:32

"Onlar nəzərəçarpacaq dərəcədə artırıblar"

22 May 2017 23:32

İsmayıllıda 3 uşaq anası sirkə turşusu içdi

22 May 2017 23:24

30 yaşlı qadın intihara cəhd edib

22 May 2017 23:22

Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi - FOTO

22 May 2017 23:22