Tam ötürücülü Jaguar XE - FOTO

Tam ötürücülü Jaguar XE - FOTO
19:47 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Jaguar" Los-Ancelesdəki avtomobil bayramına yeni "XE"-nin amerikan versiyasını gətirib və kompakt sedan üçün tam ötürücü, o cümlədən digər maraqlı yeniliklər təqdim edib. Gəlin, birlikdə baxaq.

Dördqapılının çoxdiskli mufta ilə tam ötürücü sistemi lazım gəldikdə birlikdə qabaq oxu cəmi 165 millisaniyəyə qoşur. Bu prosesə isə "F-Type"-ın ağıllı elektronikası "Intelligent Driveline Dynamics" (IDD) nəzarət edir.

Milli.Az auto.az-a istinadən bildirir ki, güc qurğusu və stabilizasiya sistemi bir neçə rejimdə iş görür. Tam ötürücülü "XE" 180-güclü dizel və 340-güclü V6 benzin mühərriklə təklif edilir. Hər iki variant 8-pilləli Avtomat sürət qutusu ilə birgə işləyir.

Multimediya sisteminə gəldikdə, burada söhbət "InControl Touch Pro"-dan gedir. Sistemə 10,2-düymlük taçskrin, 4-nüvəli prosessor, 60 Gb hard disk, "Meridian" musiqisi, "Apple" saatı daxildir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/385853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR