İŞİD niyə var?

İŞİD niyə var?
19:47 6 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD-in meydana çıxması haqda müxtəlif nəzəriyyələr var.  Adətən siyasi motivlərlə müşayiət olunan bu cür nəzəriyyələr çox vaxt diqqəti qrupun hazırkı maliyyə və silah mənbələri, yaxud təmasda olduğu tərəflər üzərində cəmləşdirir.  21-ci Əsrdə Kapital kitabının müəllifi Thomas Picketty-nin bu mövzuda irəli sürdüyü tezis qlobal terror fenomeninin sosial faktorlara əsaslandığını iddia etməklə fərqlənir. Washington Post qəzetində Pickettynin nəzəriyyəsini incələyən Jim Tankersley "gəlir bərabərsilziyinin" İŞİD-ə rəvac verən başlıca amil kimi dəyərləndirilməsini şərh edir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Pickettynin fikirlərini  bir (uzun) cümlə ilə izah edən Tankersley yazır: "Qeyir-bərabərlik Yaxın Şərq terrorizminin, o cümlədən Parisdə terror hücumları həyata keçirmiş İŞİD-in mühərrikidir, və bu qeyri-bərabərliyə görə müəyyən məsuliyyət Qərb dövlətlərinin üzərinə düşür."  Picketty hesab edir ki, neft var-dəvlətinin kiçik əhaliləri olan bir ovuc dövlətin əlində cəmləşməsi Yaxın Şərqdə siyasi və sosial sistemləri qeyri-stabil edib.

Məsələn, Misirlə İran arasında olan nəhəng bir ərazidə (buraya Suriya da daxildir) bir neçə neft monarxiyası ümumi var-dövlətin 60-70 faizinə sahibdir.  Halbuki, 300 milyon adamın yaşadığı bu ərazidə köfəz dövlətlərinin payına cəmi bu rəqəmin 20 faizdən azı düşür.  Söhbət burada Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn və Oman kimi ölkələrdən gedir.  Əhalinin cüzi kəsiminin əlində toplaşan var-dövlət regionu planetin "ən qeyri-bərabər" məkanı edir.

Misirlə İran arasında olan nəhəng bir ərazidə bir neçə neft monarxiyası ümumi var-dövlətin 60-70 faizinə sahibdir. Halbuki, 300 milyon adamın yaşadığı bu ərazidə köfəz dövlətlərinin payına cəmi bu rəqəmin 20 faizdən azı düşür.
Hətta varlı körfəz dövlətlərində belə əhalinin qadın və qaçqınlardan ibarət nəhəng bir kəsimi yarı-qul halında yaşayır.  Pickettynin sözlərinə görə bu cür iqtisadi durum Qərb qüdrətlərinin regionu müharibəyə düçar etdikləri haqda düşüncələrə yol açır.  Buna nümunə olaraq Picketty Birinci Köprfəz Müharibəsinin ardınca Qərb qüdrətlərinin neft resurslarını Küveyt əmirlərinə qaytarmasını misal gətirir. Mövcud olan nəhəng resurslardan yalnız bir ovuc adamın bəhrələnməsi regionu faktiki olaraq barıt çəlləyinə çevirib.

Əslində Pickettyin irəli sürdüyü nəzəriyyə yeni bir şey deyil.  Karl Marksdan bu tərəfə əskər solçu mütəfəkkirlər dünyada baş verən əksər zorakılıqları material çatışmazlıq və qeyri-bərabərliklə əlaqələndirməyə çalışıblar.  Bir çox hallarda bu qeyri-bərabərlyin aradan qaldırılması uğrunda aparılan mücadilələr milyonlarla insanın erkən ölümünə bais olub.  Konkret terrora gəldikdə, 2001-ci il 11 sentyabr terror hücumlarının müəllifləri sırasında yoxsul adam yox idi.  19 terrorçunun az qala hamısı orta-tuxarı sinif ailələrdən gəlir və müasir dünyanın bəxş etdiyi bir çox nemətlərə çıxışları var idi.  Əl-Qaida təşkilatının banisi olan Usama bin Ladin özü milyarder övladı idi və uşaqlığının böyük hissəsini Qərbdə, cah-cəlal içərisində keçirmişdi.

Bir sözlə, mövcud dəlillərə əsaslanaraq terrorizmin yalnız material qıtlıqdan, bərabərsizlikdən irəli gəldiyini demək düzgün olmazdı.  Amma qana bələnmiş regionda zorakılıqların başlıca səbəbi olaraq sosial-iqtisadi faktoru, ədalət faktorunu nəzərdən qaçırmaq, ən azı burada anti-Qərb meyllərini şərtləndirən amilləri büsbütün qulaqardına vurmaq da eyni dərəcədə yanlış olardı.  "Bütün bu körfəz rejimləri hərbi və siyasi baxımdan Qərb qüdrətlərindən dəstək alır.  Qərb bu rejimlər vasitəsilə bəzən futbol klublarını maliyyələşdirir, onlara silah satır.  Bəlkə elə bu üzdən bizim sosial ədalət və demokratiya haqda dərslərimizə Yaxın Şərq gəncliyi məhəl qoymur," deyə Picketty müşahidə edir.
Regionda inam qazanmaq üçün Qərb ölkələri nümayiş etdirməlidirlər ki, onları regionun sosial inkişafı öz maliyyə maraqlarından, hakim ailələrlə münasibətlərindən daha çox maraqlandırır, Picketty bildirir.  Məhz buna görə də elə etmək lazımdır ki, neft pulu regional inkişafa, ələlxüsus təhsilə xərclənsin.  Əgər terrorizmi qidalandıran başlıca amil qeyri-bərabərlikdirsə, onda ona qarşı effektiv mübarizə aparmağın yolu iqtisadi ölçülərdən keçir.

Picketty əlavə edir ki, Avropa cəmiyyətləri miqrantları inteqrasiya istiqamətində səy göstərməlidirlər.  Miqrantlar arasında işsizlik və onların üzləşdikləri ayrıseçkilik radikalizmin Avropa hüdudlarına yayılmasında da rol oynayır.  Təsadüfi deyil ki, Avropada terror aktı törədənlərin böyük qismi məhz bu qitədə boya başa çatmış miqrant nəslinin nümayəndələri olub.

Terror patologiyanın manifestasiyasıdır.  Əvvəl qeyd olunduğu kimi, onu çox səbəblər doğura bilər.  Qeyri-bərabərlik, safalət dünyanın bir çox yerlərində mövcuddur, amma bu amil heç də həmişə insanları sivilizasiyaya qarşı silaha sarılmağa sövq etmir.  O biri tərəfdən az qala terror və zorakılığın episentrinə çevrilmiş Yaxın Şərqdə cərəyan edən prosesləri hərtərəfli anlamaq bu bəlanın qarşıını maksimum almağa yalnız yardımçı ola bilər.  Picketty-nin dediklərinə inansaq, Yaxın Şərqin problemləri Suriyada vətəndaş müharibəsindən, İraqa hərbi müdaxilədən yox, xeyli əvvəl, 20-ci əsr sultanları ilə rəiyyət arasında məsafənin genişlənmə nöqtəsindən başlayıb.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi

28 İyun 2017 13:05

1 sutkada eyni yerdə 3 nəfər boğuldu - VİDEO - FOTO

28 İyun 2017 13:05

Azərbaycanlı ilə erməni toqquşdu, gürcü yaralandı - GÖRÜNTÜLƏR

28 İyun 2017 13:04

İlham Əliyev Polşa baş naziri ilə görüşdü

28 İyun 2017 13:01

Bakıda bağ evinə basqın edib yandırdılar

28 İyun 2017 12:59

Kolbasalar necə hazırlanır? - ARAŞDIRMA

28 İyun 2017 12:58

Kənan və Aygün Moskvada - FOTO

28 İyun 2017 12:57

“SOCAR Turkey” şirkətinə xarici əlaqələr üzrə rəhbər təyin edilib

28 İyun 2017 12:57

Kişilər qadınlarda ilk buna baxır...

28 İyun 2017 12:55

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

28 İyun 2017 12:52

Bakıda bayram günlərində 2 uşaq dərmandan zəhərlənib

28 İyun 2017 12:52

"SOCAR Turkey Energy" şirkətində yeni təyinat

28 İyun 2017 12:50

"Avropalı Samiraldo" Bakının mərkəzində turistləri coşdurdu - VİDEO

28 İyun 2017 12:47

Ağstafada avtomobil 53 yaşlı piyadanı vuraraq öldürüb

28 İyun 2017 12:47

Hacıqabulda ağır yol qəzası - 2 nəfər ölüb

28 İyun 2017 12:43

Putin sirr kimi saxladığı əsgərlərini döyüş meydanına çıxarır – MƏXFİ PLAN

28 İyun 2017 12:43

Azərbaycan nefti bahalaşdı

28 İyun 2017 12:42

“WhatsApp” yazışması: “Ay qız düş, məhlənizdəyəm...”

28 İyun 2017 12:40

Bakıda bağ evinə hücum: evi yandırıb, gözətçini yaraladılar

28 İyun 2017 12:39

DİN Hacıqabulda 2 nəfərin ölümüylə nəticələnən qəza ilə bağlı məlumat yayıb

28 İyun 2017 12:37

Bakıda 8 gün əvvəl qəzada yaralanan piyada xəstəxanada ölüb

28 İyun 2017 12:37

"Qazprom" Türkiyə bazarını tərk edə bilər

28 İyun 2017 12:37

Prezident İlham Əliyev Varşavada Polşanın Baş naziri ilə görüşüb

28 İyun 2017 12:36

Hacıqabul sakini Bakıda faciəvi şəkildə can verib

28 İyun 2017 12:34

Qətərə qarşı yeni sanksiyalar hazırlanır – TOTAL HÜCUM

28 İyun 2017 12:33

Aygün Kazımova: Həyatımın konsertinə hazırlaşıram

28 İyun 2017 12:29

Bakıda çimərlik havası, rayonlarda dolu düşəcək - PROQNOZ

28 İyun 2017 12:29

"Real"ın prezidenti: "Mbappeni transfer etsək..."

28 İyun 2017 12:27

Kişiləri və qadınları valeh edən Paris gözəli - dövrün ən arzuolunan kurtizankası

28 İyun 2017 12:23

Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - VİDEO

28 İyun 2017 12:22

Bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək

28 İyun 2017 12:22

“Bavariya”nın hücumçusu keçmiş sevgilisinə görə saxlanılıb

28 İyun 2017 12:19

Türkiyə ordusu Suriyaya hücuma keçdi – Ağır ZƏRBƏ - VİDEO

28 İyun 2017 12:18

Evakuator sürücülərinin özbaşınalıqları - VİDEO

28 İyun 2017 12:17

Tuba ailəsi ilə - FOTO

28 İyun 2017 12:17

"Neftçi" tam heyətlə hazırlaşmır

28 İyun 2017 12:17

Fəvvarələr Meydanında "Odlar ölkəsi" konserti keçirilib

28 İyun 2017 12:15

Rusiyada iki azərbaycanlı həbsdən qaçıb – TƏHLÜKƏ XƏBƏRDARLIĞI

28 İyun 2017 12:14

POLKOVNİK: "Cəbhədə döyüş əmliyyatları başlaya bilər"

28 İyun 2017 12:14

Salyanda dram: intihara cəhd edən gəlinin dayısını maşınla vurdular

28 İyun 2017 12:12

Hadisədən "qiymət” üsyanı

28 İyun 2017 12:08

XƏBƏRDARLIQ: Bəzi bölgələrdə intensiv yağış yağacaq, dolu düşəcək

28 İyun 2017 12:08

İstanbulda QDİƏT XİN rəhbərlərinin iclası keçiriləcək

28 İyun 2017 12:08

Hava şəraiti qeyri-sabit keçəcək

28 İyun 2017 12:07

"Real"ın başqanı Mbappe məsələsinə nöqtə qoydu - GƏLİR?

28 İyun 2017 12:07

"Azərbaycanın Rusiyadan aldığı silah müdafiə xarakterlidir” - Rusiyalı hərbi ekspert

28 İyun 2017 12:05

Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi - VİDEO - FOTO

28 İyun 2017 12:05

Azərbaycanlı məşhurların nikahsız övladları...

28 İyun 2017 11:59

Emma həyat yoldaşı haqda: "Yorğun-arğın vəziyyətdə evə gəlir. Mən onu nəyə qısqanım?!" - VİDEO - FOTO

28 İyun 2017 11:57

"AzInTelecom" "Azərsu"yu məhkəməyə verib

28 İyun 2017 11:57