Tovuzda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Tovuzda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
19:48 6 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 6 dekabr, AZƏRTAC
Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən əkinlərin normal suvarma suyu ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə arx və kanalların su tutumluğunun normal vəziyyətə gətirilməsi üçün cari ilin yanvar-oktyabr aylarında 375 min kubmetr lildən təmizləmə işləri görülüb, 74 hidrotexniki qurğuda və 26 hidrometrik postda cari təmir işləri aparılıb.
Bundan əlavə, üçpilləli nasos stansiyasında 5 nasos aqreqatı, 7 elektrik mühərriki, stansiyaya su gətirən kanal və istiqamətləndirici bənd əsaslı təmir olunub.
Görülən işlər nəticəsində əkinlərin normal suvarma suyu ilə təminatında heç bir problem yaşanmayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzda_ekin_sahelerinin_suvarma_suyu_ile_teminati_yaxsilasdirilir-908782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR