Çadda 3 intihar hücumu

Çadda 3 intihar hücumu
19:57 6 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Çadda 3 intiharçı hücumu nəticəsində 27 nəfər həlak olub.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, rəsmilər hücumçuların Çad gölü adasındakı bazarda həyata keçirildiyini bildirib.

Hücumçuların kimliyi bəlli olmasa da, rəsmilər Boko Haram qrupunun son zamanlar həmin bölgədə hücumlarını artırdığını deyib.

Oktyabrda həyata keçirilən 2 intiharçı hücumu nəticəsində 47 adam həlak olub.

BMT-nin qaçqınlar agentliyi Çad gölü ərazisində bir çox insanın qaçqın vəziyyətində yaşadığını bildirir.

Çad rəsmilərinin bildirdiyinə görə, bölgəyə 60 minə yaxın insan sığınıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR