Futbolçularımız itkin düşən neftçilərimizi belə yad etdi

Futbolçularımız itkin düşən neftçilərimizi belə yad etdi
20:01 6 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli platformasında baş verən hadisə futbol üzrə Azərbaycan çempionatının bu gün keçirilən oyunlarında da yad edilib.

ANS PRESS-in məlumatına görə, bu gün baş turan "Neftçi"- "Zirə" futbol kulubları arasında keçirilən oyunda hər iki komandanın oyunçuları meydana başlarında "kaska" ilə çıxıblar. Onlar bu yolla dünyasını dəyişən və itkin düşən neftçilərimizi anıblar.

"Qəbələ" və "Xəzər-Lənkəran" komandaları arasında keçirilən oyunda da oxşar hadisə yaşanıb. Hər iki komandanın futbolçuları meydana başlarında "kaska" və qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamazdan əvvəl isə bir dəqiqəlik sükut elan edilib.

Qara lent matəmi, "kaska" isə neftçilərimizin baş geyimini bildirir.


"Neftçi FK"-nun bu günki geyimi




"Xəzər-Lənkəran"-"Qəbələ" FK-nın oyunundan

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.


"Günəşli" neft yatağının 10-cu platformasındakı yanğın.


İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

10-cu platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.


Həmçinin oxuyun:

Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)

"Reuters": Xəzərdə 32 nəfər ölüb

Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)

Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR