Vitse-prezidentlər xəsarət alan neftçilərin yanında - VİDEO

Vitse-prezidentlər xəsarət alan neftçilərin yanında - VİDEO
20:05 6 Dekabr 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.
Milli.Az "Report"a istinadən bildirir ki, vitse-prezidentlər Bədəl Bədəlov, Elşad Nəsirov, Xaliq Məmmədov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıblar. Vitse-prezidentlər xəstələrlə bağlı həkimlərdən məlumat alıblar.
Qəzada xəsarət almış səkkiz nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR