Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha güclü və stilli BMW X6 - FOTO

Daha güclü və stilli BMW X6 - FOTO

Date: 6 December 2015 20:05

Tanınmış AC Schnitzer tünerləri Essen Motor Show-da exteryeri və mühərrikinə əl gəzdirilən yeni X6 avtomobilini təqdim ediblər. 

Daha doğrusu, emalatxanada bütün "X" modellərinin mühərrik gücü artırılıb - 30d və 40d dizel aqreqatları 258 və 313 a.g. əvəzinə, müvafiq olaraq 309 və 360 a.g. əldə edib. 306 və 450 atlı 35i və 50i benzin mühərriklərinin atlarının sayı 360 və 525-ə qədər artırılıb. X6 M top versiyasının kapotu altında yer alan 575 a.g. isə, 650 ayğırla əvəzlənib. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kosmetik işlərə gəldikdə tam yeni aerodinamik elmentləri, AC Schnitzer firma diskləri, karbon güzgü qapaqları və arxa spoyler, daha zəhmli kapot, həmçinin emalatxanaya məxsus emblemi qeyd etmək olar. 

Salonun görüntüləri təqdim olunmayıb, lakin mühəndislər bildiriblər ki, interyeri hər bir zövqə uyğun hazırlamaq mümkündür, təki pul olsun. Bütün bumlara bonus olaraq, 20 mm aşağı salınan asma və yeni xaricetmə sistemi təklif olunacaq. 
Milli.Az












Tags:  güclü stilli BMW X6 FOTO

RƏYLƏR


Top news