Futbolçularımız neftçilərimizi belə yad etdilər - FOTO

Futbolçularımız neftçilərimizi belə yad etdilər - FOTO
20:17 6 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Günəşli platformasında baş verən hadisə futbol üzrə Azərbaycan çempionatının bu gün keçirilən oyunlarında da yad edilib.

Milli.Az anspress-ə istinadən bildirir ki bu gün baş turan "Neftçi"- "Zirə" futbol kulubları arasında keçirilən oyunda hər iki komandanın oyunçuları meydana başlarında "kaska" ilə çıxıblar. Onlar bu yolla dünyasını dəyişən və itkin düşən neftçilərimizi anıblar. 

"Qəbələ" və "Xəzər-Lənkəran" komandaları arasında keçirilən oyunda da oxşar hadisə yaşanıb. Hər iki komandanın futbolçuları meydana başlarında "kaska" və qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamazdan əvvəl isə bir dəqiqəlik sükut elan edilib.

Qara lent matəmi, "kaska" isə neftçilərimizin baş geyimini bildirir. 

Dekabrın 4-ü axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. 

İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

10-cu platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR