Ermən partiya lideri referendumda bülleteni cırdı

Ermən partiya lideri referendumda bülleteni cırdı
20:22 6 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyan Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendumda səsvermə zamanı bülleteni cırıb və zibil qutusuna atıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

"Bu, dövlətin hakim partiyası - Respublika Partiyasına qarşı mənim vətəndaş etirazımdır. Bu saxta referendum vasitəsilə möhkəmlənməsi nəzərdə tutlan, bir nəfərin, partiyanın üzərində qurulan sistem mənim üçün qəbuledilməzdir", - deyə Ovannisyan bildirib.

O, həmçinin bildirib ki, referendumun başa çatmasından dərhal sonra mitinq baş tutacaq. Məhz bu mitinq ölkədə dəyişikliklərə start verəcək. Partiya lideri bu prosesdə iştirak etmək istəyənləri Azadlıq meydanına dəvət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR