Essen Motor Show-da Almaniya yollarında "pis oğlanlara" nəfəs aldırmayacaq Chevrolet Corvette polis avtomobili debüt edib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, 6,2 litrli 470 atlı V8 mühərriki, 7 pilləli mexaniki sürətlər qutusunun da yardımı ilə sportkarı ilk yüzlüyə təxminən 4 s ərzində sürətləndirəcək. Maksimal sürəti 300 km/saat təşkil edən poliskardan qaçmaq o qədər də asan olmayacaq.
Avtomobil Hella işıqlandırma texnikası, 19 - 21 dyümlü disklər, karbondan hazırlanan aerodinamik elementlər və təkər tağları ilə təchiz edilib.
Milli.Az