Valideynlər, diqqət! Uşağın qarnı ağrıyırsa... - TƏHLÜKƏ

Valideynlər, diqqət! Uşağın qarnı ağrıyırsa... - TƏHLÜKƏ
20:42 6 Dekabr 2015
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Apendisit partlaması həyati təhlükəyə səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən  türkiyəli mütəxəssislərin uşaqlarda apendisit və müalicəsi haqqında bəzi məsləhətlərini təqdim edir.

Hər qarın ağrısı apendisit əlaməti olmaya bilər. Uşaqlarda ishal, qəbzlik və hətta orta qulaq iltihabı belə, qarındakı limfa vəzlərini şişirib qarın ağrısına səbəb ola bilər. Buna görə də hər qarın ağrısı apendisit kimi qiymətləndirməməlidir.

İşarə vermədən ortaya çıxa bilər

Apendisit başlanğıc ərəfəsində çox tipik işarə və əlamətlər vermədən irəliləyə bilər. Ağrılar yeni başladıqda apendisiti tanımaq çətin ola bilər. Buna görə də uşağın xəstəxanada bir müddət nəzarət altında saxlanması və lazım olan analizlərin aparılması çox vacibdir. Apendisit kiçik yaşlarda çox rast gəlinmir. Yaş artdıqca apendisit təhlükəsi artır. Ümumiyyətlə isə, məktəb vaxtlarından yeniyetmə dövrünədək olan müddətdə daha çox rast gəlinir. Apendisitin uşaqlar arasında yayılması onların infeksiyalara daha yaxın olmaları ilə bağlıdır.        

Apendisitin digər əlamətləri

Qarnın sağ hissəsində gedərək artan ağrı (sağ bölgədəki ağrı bud sümüyünün üst hissəsində hiss edilir), mədə bulanması, ağrılar başladıqdan sonra qusmalar, qarın hissəsinin şişməsi, qazla birlikdə müşahidə edilən qəbzlik və ya ishal, qaz çıxarmaqda çətinlik, qızdırma, ağrılı sidik ifrazı.

Tumlu qidalara diqqət edin

Həkimlər bildirir ki, apendisitin qidalanma ilə heç bir əlaqasi yoxdur. Lakin balaca uşaqlara tumlu qidalar verən zaman diqqətli olmaz lazımdır. Misal üçün, kiçik bir limon dənəsi belə, dəliyi tıxaya bilər və apendisit inkişaf edə bilər. Bundan başqa, dənə və ya başqa bir faktor olmasa da, bədənin öz fəsadları nəticəsində də apendisit tıxana və nəticədə partlaya bilər.

Apendisit partladıqda...

Uşqlar həkimə getməyə qorxduqları üçün çox zaman əlamətləri gizləyirlər. Lakin apendisit ağrısını gizlətmək çox da mümkün deyil. Xüsusən də cərrahi müdaxilə lazım olan bir vəziyyətdə, yəni uşaq halsızlaşır, yeriməyə çətinlik çəkir, qidalanmır və qusur. Apendisit partlaması bir riskdir, bu, xəstəliyin daha da irəlilədiyini göstərir. Lakin partlasa da, xəstə ölüm təhlükəsi ilə üz-üzə dayanmır. Mümkün olduqca ən qısa zamanda xəstəxanaya gətirilməlidir. Əgər apendisit partlayıbsa, çıxarılır, qarının içərisi yuyulur və antibiotik müalicəsi edilir. Bu cür vəziyyətlərdə xəstəxanada qalma müddəti uzana bilər.

Uşaqlar tez bir zamanda ayağa qalxır

Apendisit əməliyyatı açıq və laporoskopik üsulla edilə bilər. Bu əməliyatların seçimi isə uşağın yaş və əlavə xəstəliyi olub-olmamasından asılıdır. Laporoskopik cərrahiyyədə qarında 3-4 yerdən, təxmini 1 sm ölçüdə kəsik açılır. Açıq əməliyyatda isə 3-4 sm-lik bir kəsiklə apendisit əməliyyatı edilir. Laporoskopik cərrahiyyədə uşaqlar tez bir zamanda ayağa qalxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR