Tam fərqli Porsche Cayenne Turbo - FOTO

Tam fərqli Porsche Cayenne Turbo - FOTO
20:47 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Almaniyanın Techart emalatxanası "Cayenne" modeli tüninq layihələri siyahısına daha bir Turbo versiyasını əlavə edib. Tüninq paketi həmişə olduğu kimi kompleks şəkldə hazırlanıb - zahiri əzəmət və ciddi mühərrik gücü.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, eksteryerə aqresiv aerodinamik elemntlər əlavə olunub. Yeri gəlmişkən, yeni komponentlərin çoxunu karbondan sifariş etmək mümkündür, bunun nəticəsində krossoverin çəkisini azaltmaq olacaq. Bundan başqa 22 dyümlü təkər diskləri və əlavə LED işıqlandırmanı qeyd etmək lazımdır.

Salonun şəklləri isə dərc edilməyib, lakin Techart tünerləri bildiriblər ki, interyer tərtibatı müştərilərin arzusu əsasında hazırlanacaq. Bir sözlə, lazım olsa çəhrayı dəri, qızılı karbon və digər ağılasığmaz gözəlliklərdən istifadə ediləcək. 

Kapot altında yer alan 4,8 litrli iki turbinli V8 aqreqatının atlarının sayı 700, fırlanma anı isə 920 Nm-ə qədər artırılıb (standart 520 a.g. və 750 Nm-ə qarşı). Halhazırda ilk yüzlüyü 0,4 s daha tez - 4,1 s yığan Cayenne, maksimal 280 km/saat sürətə sahibdir. 
Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/385857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR