SOCAR-ın vitse-prezidenti: "İdarələr üzrə yaradılan qruplar itkin düşənlərin ailələri ilə əlaqə saxlayırlar"

20:52 6 Dekabr 2015
58 Sosial
Ölkə mətbuatı
A- A+

X.Məmmədov güclü küləklə bağlı "Azneft" İstehsalat Birliyinin rəhbərliyi tərəfindən xüsusi əmr imzalandığını da xatırladıb: "Dekabrın 4-də səhər "Azneft"in rəisi əmr imzalayıb. Əmrdə qeyd olunub ki, təmir işləri dyandırılsın, personal qapalı yerdə qalsın. Hətta qaz xəttində təmir aparılmalı imiş, küləyə görə qazı da kəsiblər. Yəni bütün təhlükəsizlik tədbirləri görülübmüş".
SOCAR rəsmisi deyib ki, itkin düşənlərin ailələrinə və xəsarət alanlara yardım ediləcək. "Bilirsiniz ki, özüldə olan 63 nəfərdən yalnız 18-i "28 may NQÇİ"nin işçiləridir. Qalanı müxtəlif idarələrin işçiləridir. Ona görə də idarələr üzrə qruplar yaradılıb və həmin qruplar itkin düşənlərin ailələri ilə əlaqə saxlayırlar. Onların problemi ilə maraqlanırlar. Bütün bu işlərə birbaşa SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov nəzarət edir".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/socar-in-vitse-prezidenti-i-dareler-uzre-yaradilan-qruplar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR