Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR-da itkin düşənlərin ailələri ilə maraqlanmaq üçün qruplar yaradılıb

SOCAR-da itkin düşənlərin ailələri ilə maraqlanmaq üçün qruplar yaradılıb

Date: 6 December 2015 20:54

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərin yaxınlarının qayğılarını qarşılamaq üçün SOCAR-ın müxtəlif strukturlarında müvafiq qruplar yaradılıb".

 

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

"Bütün işləri SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov koordinasiya edir. Yaradılan qruplarda iştirak edən əməkdaşlarımız itkin düşənlərin yaxınları ilə mütəmadi əlaqə saxlayaraq, onların problemləri ilə maraqlanır, axtarış tədbirləri barədə lazımi informasiyanı çatdırır. Təbii ki, xəstəxanada olan əməkdaşlarımız da diqqətdən kənarda qalmayıb, onlarla da mütəmadi əlaqə saxlanılır. Bilirsiniz ki, ölkə başçısının imzaladığı sərəncama əsasən həmin ailələrə müvafiq maddi yardımın edilməsi nəzərdə tutulub. Təbii ki, maddi yardım göstəriləcək", - deyə X. Məmmədov bildirib.


Tags:  SOCAR-da itkin düşənlərin ailələri maraqlanmaq qruplar yaradılıb


RƏYLƏR


Top news