Bunu oxuyun ki, böyük hacətləriniz yerinə yetirilsin

Bunu oxuyun ki, böyük hacətləriniz yerinə yetirilsin
20:57 6 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

"Nəml" sözü - "qarışqa" mənasındadır. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu surənin adı onun 18 ayəsindən götürülmüşdür. Bu surə ən çox məaddan, ölümdən sonrakı həyatdan, beş İlahi peyğəmbərdən (ə), Həzrət Süleymandan (ə), Səba mələkəsindən, qarışqanın, hud-hudun danışmasından bəhs edir. 93 ayəsi vardır ki, Məkkədə nazil olmuşdur. 
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Nəml" surəsini qiraət edərsə, Allah Həzrət Süleymanı (ə) təsdiq və inkar edənlərin sayının on bərabəri qədər və həmçinin Hud (ə), Şueyb (ə), Saleh (ə) və İbrahim (ə) peyğəmbərləri təsdiq və inkar edənlərin sayı qədər ona həsənə verər. O qəbrindən o halda xaric olar ki, "Lə iləhə illəllah" zikrini dilində deyər".
Bu surənin bərəkətləri.
 
1. Evin zərərli heyvanlardan amanda qalması. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər "Nəml" surəsini ahunun dərisinə yazsanız və evinizdə qərar versəniz heç bir ilan, əqrəb, qurd, vəhşi it, əziyyət verən canavar evinizə yaxın durmaz".
 
2. Böyük hacətin yerinə yetməsi. Əgər hacətinin yerinə yetməsini istəyirsinizsə, bu surənin 62-ci ayəsini 12 min dəfə oxuyun və həmin həftə məqsədinə çatarsınız.
 
3. Diş ağrısını azaldar. İmam Baqir (ə) buyurur: "Əgər diş ağrısına düçar olmusunuzsa, əlinizi üzərinə qoyun və "Həmd", "İxlas" surəsini oxuyun və ondan sonra "Nəml" surəsinin 88-ci ayəsini oxuyun. Bir daha o ağrıya düçar olmayacaqsınız".
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR