Qurban Qurbanov "İnter"lə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bunları deyib:
“Düşünürəm ki, düzgün komplektləşmiş bir komandaya qarşı çıxış etdik və çox vacib bir qələbə qazandıq. Bu gün oyunçular səbrli idilər, tələsmədilər. Daninin yaxşı qolu ilə qələbə qazandıq. Oyunda etdiyim dəyişikliklər əvvəlcədən planlaşdırılmışdı. Matç da buna uyğun idi. Topla daha çox davrana bildik. Rəqib səni məcbur edəndə top itkiləri olur. Amma elə epizodlar var ki, soyuqqanlı davranmalısan”.
Fanat.az