İtkin düşmüş neftçilərin heç biri tapılmayıb

İtkin düşmüş neftçilərin heç biri tapılmayıb
21:17 6 Dekabr 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Təəssüf ki, hələ indiyə qədər "Günəşli" yatağında baş vermiş yanğın səbəbindən itkin düşmüş neftçilərin heç biri tapılmayıb. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov hadsə ilə bağlı son vəziyyəti açıqlayarkən deyib.

O bildirib ki, yanğın hələ söndürülməyib və bu istiqamətdə işlər davam etdirilir. X.Məmmədov qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin yedək gəmiləri xilasetmə işlərinə cəlb olunub.

X.Məmmədov bildirilib ki, hazırda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər qurumların rəhbər şəxsləri hadisə yerində yaradılmış qərərgahdadırlar.

X.Məmmədov vurğulayıb ki, yanğın nəticəsində xəsarət alanlardan 8 nəfər xəstəxanadadır, 22 nəfər evə buraxılıb, ancaq bir nəfər yenidən xəstəxanaya müraciət edid. Onun sözlərinə görə, həkimlər xəstələrin ümumi vəziyyətini stabil qiymətləndirirlər.

X.Məmmədov bildirib ki, dənizdə xilasetmə gödəkçələri tapılıb, təəssüflər olsun ki, insan tapılmayıb. Onun sözlərinə görə, hadisə zamanı dağılan xilasetmə qayığının bir hissəsi də tapılıb.

Vitse-prezident bildirib ki, hava artıq qaranlıq olduğu üçün helikopterlər xilasetmə işlərini apara bilməyəcəklər, ancaq gəmilər axtarışları davam etdirəcək.

X.Məmmədov bildirib ki, hadisə zamanı həlak olanların, xəsarət alanların və itkin düşənlərin ailələrinə yardım göstəriləcək. Onun sözlərinə görə, həmin platformada SOCAR-ın müxtəlif idarələrnin işçiləri çalışırlar: "İdarələr üzrə qruplar yaradılıb və o qruplar itkin düşən insanların, xəstəxanada olan insanların ailələri ilə əlaqə saxlayıb və onların problemləri ilə maraqlanıblar. Həmin işçilərə SOCAR tərəfindən yardım edilməsi haqda qərar qəbul olunub və həyata keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR