Yerevanda etiraz mitinqi başlandı

Yerevanda etiraz mitinqi başlandı
21:17 6 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Yerevanın mərkəzindəki Azadlıq Meydanınlda ölkədəki konstitusion islahatlara etiraz edən müxalifət qüvvələrinin mitinqi başlanıb.
Milli.Az İnterfaks-a istinadən bildirir ki, aksiya iştirakçılarının sayı 200 nəfərdən çox deyil. Meydanı polis mühasirəyə alıb.
Mitinqin təşkilatçıları ölkə rəhbərliyinin istefasını və növbədənkənar prezident, habelə parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Ermənistan Mərkəzi Seçki Komissiyasının binasının da mühafizəsi gücləndirilib.
Bu gün Ermənistanda konstitusion islahatlarla bağlı referendumu keçirilib. Referendumun məqsədi ölkəni parlament idarəetməsinə keçirməkdir. Prezident Serj Sarkisyanın təşəbbüsü ilə ölkə Konstitusiyasına ediləcək dəyişiklikləri seçicilər dəstəkləsələr, onda prezident 5 yox, 7 il müddətinə seçiləcək. Öxü də prezident birbaşa seçkilərlə yox, deputatlar və yerli özünüidarəetmə orqanları sıralarından müəyyənləşdirilmiş nümayəndələr tərəfindən seçiləcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR