Ər arvadını bıçaqlayıb-Şəmkirdə

Ər arvadını bıçaqlayıb-Şəmkirdə
21:39 6 Dekabr 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə ər arvadını bıçaqlayıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Türkan Xaliq qızı Cəfərova döş nahiyəsinin və üz nahiyəsinin daxilə keçməyən bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Məlumata görə T. Cəfərova ailə münaqişəsi zəmində həyat yoldaşı tərəfindən bıçaq xəsarətləri yetirilib.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR