Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vuruldu

Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vuruldu

Date: 6 December 2015 22:05

Bu gün Beyləqan rayonu ərazisində iki dəfə partlayış səsi eşidilib. Səs rayon sakinlərinin narahatlığına səbəb olub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Beyləqanın Allahyarlı kəndində ermənilərin pilotsuz uçuş aparatı vurulub. Eşidilən partlayış səsi də bununla bağlıdır və rayon ərazisində heç bir bədbəxt hadisə baş verməyib.

Xatırladaq ki, indiyədək cəbhə xəttində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus bir neçə pilotsuz uçuş aparatı (PUA) atəş nəticəsində məhv edilib.

Milli.Az


Tags:  Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vuruldu


RƏYLƏR


Top news