Yenilənmiş Cerato-nun sirri açıldı - FOTO

Yenilənmiş Cerato-nun sirri açıldı - FOTO
22:05 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İnternetdə Şimali Amerikada "Forte", Avropada isə "Cerato" adı ilə məşhur olan sedan "Kia K3"-ün şəkilləri yayılıb. Sedan əsaslı şəkildə təkmilləşdirilib, beləliklə, onu restaylinqdən əvvəlki versiyaya nisbətən tanımaq çətin olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Kia"-nın dizaynerləri "Cerato"-nun onsuz da gözəl olan xarici görünüşünü çox dəyişməyiblər və bəzi yeniliklərlə kifayətləniblər: bamperlər bir qədər dəyişib, qabaq optika yenilənib və radiator barmaqlığının kənarları təkmilləşdirilib.

Şəkildə görünən nümunə bəzi bazarlar üçün 1,6-litrlik 136 a.g. verən və 300 Nm fırlanma anına malik olan dizel mühərriklə təchiz edilib. O, 7-pilləli robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR