Qurban Qurbanov: "Rəqib səni məcbur edəndə..."

Qurban Qurbanov: "Rəqib səni məcbur edəndə..."
22:17 6 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Düşünürəm ki, düzgün komplektləşmiş bir komandaya qarşı çıxış etdik və çox vacib bir qələbə qazandıq". 

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Topaz Premyer Liqasının XV turu çərçivəsində baş tutan "İnter"lə oyundan sonra qalibiyəti şərh edən ağdamlıların çalışdırıcısı fikirlərini bölüşüb: "Bu gün oyunçular səbrli idilər, tələsmədilər. Daninin yaxşı qolu ilə qələbə qazandıq. Oyunda etdiyim dəyişikliklər əvvəlcədən planlaşdırılmışdı. Matç da buna uyğun idi. Topla daha çox davrana bildik. Rəqib səni məcbur edəndə top itkiləri olur. Amma elə epizodlar var ki, soyuqqanlı davranmalısan".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR