Bədəndəki yağları əridən ən təsirli HƏRƏKƏTLƏR

Bədəndəki yağları əridən ən təsirli HƏRƏKƏTLƏR
22:42 6 Dekabr 2015
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bədəndəki artıq yağların yandırılması üçün tətbiq edilən bir çox pəhrizlər var. Lakin pəhrizlə yanaşı idman da etmək lazımdır. 
Milli.Az lent.az-a istinadən bunun üçün ən təsirli idman hərəkətlərini təqdim edir.
 
Sürtəli yağ yandırılması üçün yüksək nəbzlə məşq etmək lazımdır. Bu da məlum olan və olmayan narahatlıqlara (yüksək təzyiq, gizli ürək problemləri və s.) səbəb ola bilər. Buna görə də bəzi hərəkətləri edərkən çox diqqətli olmaq lazımdır. Aşağıda sadalanan məşqlərdən hansını edib-etməyəcəyinizə qərar verin. Bunun əsasında məşqinizə  istiqamət verin. Buna daha yaxşı nail olmaq üçün imkan daxilində peşəkar köməyindən istifadə edin. Unutmayın, "hər hərəkəti hamı edə bilər" kimi bir qayda yoxdur. İdman ilk növbədə sağlamlıq üçün edilməlidir. Bu vacib xəbərdarlıqlardan sonra hərəkətlərə keçə bilərik.
 
High kness

Bu hərəkət ayaq üstə duraraq edilir. Dizləri qarına doğru çəkərək durduğunuz yerdə qaçırmış kimi hərəkət edin. Hərəkət edərkən mümkün qədər dizlərinizi yuxarıya doğru çəkməyə və qollarınızı da sinxron bir şəkildə hərəkət etdirməyə çalışın. Bu hərəkəti məşqinizdən əvvəl isinmək üçün də edə bilərsiniz. Yeni başlayanlar bu və digər məşqləri yavaş tempdə, sonra isə tempi artıraraq etməlidirlər. Hər addımı 1 sayaraq, 15-20 dəfə təkrarlaya bilərsiniz. 2 dövr edib, sonra dövr sayını artırmaq olar.
 
Jumping jack

Bu hərəkət fitnes və aerobika sistemlərinin təməl hərəkətlərindən biridir. Ayaq üstə edilir. Olduğunuz yerdə atdanıb-düşün və ayaqlarınızı yanlara doğru açın. Eyni anda qollarınızı da başınızın üstündə birləşdirin. Bu hərəkəti də isinmə hərəkəti kimi edə bilərsiniz. Başlanğıc üçün 2 dövr 10-15 dəqiqə təkrar edilə bilər. Ayaqlarınızı yanlara doğru açdığınız zaman qollarınızı başınızın üstündə birləşdirməyə çalışın. İlk başladığınız dövrlərdə sinxron kimi etməyə bilərsiniz, amma həvəsdən düşməyin, öhdəsindən gələcəksiniz. Elə bunun öhdəsindən gəlməyə çalışmağınız artıq isinməniz və yağlarınızı əritməyiniz deməkdir.
 
Mountain climber
 
Hərəkətə jim mövqeyində başlayın. Qarnınızı sıx formada tutaraq əvvəlcə bir dizinizi yumşaq sıçrayaraq sinənizə doğru çəkin, ayağınızı yerdən qaldırdıqdan sonra təkrar əvvəlki mövqeyinizə qayıdın. Dizləri dəyişdirərək ardıcıl bir şəkildə, istəsəniz müəyyən vaxtla (məsələn, 30-45 saniyə), ya da istəsəniz hər diz çəkməyi 1 sayaraq 15-20 təkrar formasında edə bilərsiniz. Bud mövqeyinizi mümkün olduğu qədər sabit tutmağa çalışın. Yəni dizlərinizi çəkdiyiniz vaxt budunuz yuxarıya doğru çox qalxmasın, əsas ayaqlarınız hərəkət etsin.
 
Squat jump
 
Olduğunuz yerdə dizləriniz barmaq uclarınızı keçməyəcək formada ombanızı arxaya doğru çıxararaq çöməlin (squat mövqeyi). İndi isə ən son durduğunuz mövqedən yuxarıya doğru sıçrayaraq hərəkəti bitirin. Yerə düşən zaman bədən mövqeyiniz dik bir formada deyil, yenə squat mövqeyində olmalıdır. Dizlərində problem olanlar bu hərəkəti etməməlidir.
 
Burpees
 
Bu hərəkət bədənin bir çox hissələrini təsirli bir formada fəaliyyətə gətirir, güc və dayanıqlığı artırır. Əllərinizi yerə qoyun, dizlərinizi qarnınıza doğru çəkdikdən sonra yumşaq sıçrayaraq ayaqlarınızı geriyə doğru atın. Qollar gərgin olsun. Təkrar dizlərinizi qarnınıza doğru çəkdikdən sonra qollarınızı başınızın üstünə doğru qaldıraraq yuxarıya doğru atlanın. Başlanğıc olaraq 1 dövr 5-10 təkrar formada edə bilərsiniz.
 
Qeyd: Bu hərəkətləri tək-tək dövrlər arası 1-1,5 dəqiqə dincələrək edə bilərsiniz, ya da bütün hərəkətləri sırayla bir dəfəyə 10-15 dəfə təkrar edərək, dincəlmədən etmək mümkündür. Bütün hərəkətlər bitdikdən sonra 3-4 dəqiqə istirahət edin. Özünüzə fərqli formada məşq proqramı hazırlayın, yavaş-yavaş məşqlərinizin gücünü artırın. Məşqləri tam olaraq düzgün formada edə bilmək üçün internetdən həmin hərəkətlərin videolarına baxa bilərsiniz.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR