Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Samuel Armenteros: "Keçmiş komandam "Anderlext"ə qarşı xüsusi motivasiyam olacaq"

​Samuel Armenteros: "Keçmiş komandam "Anderlext"ə qarşı xüsusi motivasiyam olacaq"

Date: 6 December 2015 22:57

Bakı. 6 dekabr. REPORT.AZ/ "Bizim üçün önəmli olanı 3 xal qazanmaq idi. Çempionata yaxşı formada davam edirik. Qələbədən məmnunuq". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Samuel Armenteros "İnter"i 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.

İsveçli hücumçu dekabrın 10-da Belçikada "Anderlext"lə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin son tur matçı barədə də danışıb. O bildirib ki, "Qarabağ"dan əvvəl bu klubun da üzvü olduğundan, oyuna Belçikadakı dost-tanışları da baxmağa gələcəklər: "Həmişə "Anderlext"ə qarşı oynamaq istəmişəm. Yenə də eyni həvəslə çıxış edəcəyəm. Təbii ki, xüsusi motivasiyam olacaq. Amma oyuna peşəkar futbolçu kimi hazırlaşmalıyam. Matçın əhəmiyyətini bilirəm. Ona görə də xüsusi hazırlığım olacaq".

Armenteros "Anderlext"in hazırda güclü və zəif tərəfləri barədə heç kimdən məlumat almadığını da söyləyib: "Təbii ki, komanda haqda məlumatlı olan və soruşa biləcəyim insanlar var. Amma onlar da futbolçudurlar və bilmirəm ki, mənə nəyi deyə bilərlər. Hazırda "Anderlext" birinci pillədə deyil. Ona görə də komanda daxilində, futbolçular arasında gərginlik var. Məşqçilər heyətimiz rəqib komandanı yetərincə araşdıra bilir. Məndən nə isə soruşmalarına ehtiyacları yoxdur. Özləri yetərincə məlumatlıdırlar və bizi də bilgiləndirirlər".

Reynaldonun yoxluğunda mərkəz hücumçusu funksiyasını yerinə yetirəcək 25 yaşlı hücumçu braziliyalı komanda yoldaşından fərqləndiyini vurğulayıb: "Təbii ki, komanda əlindən gələni edəcək. Amma Reynaldo başqa oyunçudur, mən başqa. Mən Samuel Armenterosam. Əlimdən gələni edəcəyəm ki, hər şey bizim üçün yaxşı olsun".

Qeyd edək ki, Samuel Armenteros 2013-2014-cü illərdə müqavilə üzrə "Anderlext"ə məxsus olub.



Tags:  Samuel Armenteros Keçmiş komandam Anderlextə qarşı xüsusi motivasiyam olacaq

RƏYLƏR


Top news